Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İki komandanı birləşdirən yubiley
Topaz Premyer Liqasının XI turunun "Kəpəz” – "Sumqayıt” oyununda qeydə alınan 0:0 hesablı heç-heçə hər iki komanda üçün yubiley xarakteri daşıyıb. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qonaqlar ölkə çempionatlarında 50-ci dəfə meydanı bir xalla tərk edib. Sumqayıtın eyniadlı təmsilçisi buna 179-cu matçında imza atıb. "Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında 50 və daha çox heç-heçəsi olan 12-ci komanda olub.
"Kəpəz” isə ev oyunlarında 40-cı dəfə 1 xal qazanıb. Qərblilər bunu doğma meydandakı 257-ci qarşılaşmada rəsmiləşdirib. Gəncəlilər öz meydanında ən çox heç-heçə edən komandalar arasında 13-cüdür.
Oxşar xəbərlər
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
“Zirə”dən yubiley qələbəsi
200-cü qolla qırılan seriya
“Bakcell Arena”da yubiley
100-cü heç-heçə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası