reklam
“Neftçi” rəhbərliyi Bordinə irad bildirdi
Sportfm.az xəbər saytı

“Neftçi” rəhbərliyi Bordinə irad bildirdi


Bu gün “Neftçi” Müşahidə Şurasının növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

İclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub. Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.

Oxşar xəbərlər

"Sumqayıt"da əcnəbi futbolçulara "yaşıl işıq" - Razılıq verildi
"Neftçi" Samir Abasovla bağlı qərar verdi - RƏSMİ
“Neftçi”nin Müşahidə Şurasının iclası keçirildi
“Sumqayıt”ın Müşahidə Şurasına yeni üzvlər seçildi - FOTO
“Sabah” Elşad Əhmədovun görəvinə son verdi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər