Şeydayevin klubu xorvat oyunçuya “elçi düşdü”
Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Dinamo” klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Sportfm.az xəbər verir ki, Moskva təmsilçisi Zaqreb “Dinamo”sundan Mislav Orşiçi transfer etmək istəyir. Bu barədə “Sportske Novosti” nəşri məlumat yayıb. Xəbərdə, 27 yaşlı hücumçuyla “Dinamo”yla yanaşı, aralarında “Lion”, “Valensiya” və iki Premyer Liqa klubunun da olduğu bir neçə Çempionşip təmsilçilərinin də maraqlandığı bildirilir.
Zaqreb təmsilçisi Avropa klublarından başqa, Orşiç üçün artıq iki – Çin və ABŞ klubundan rəsmi təklif alıb. Lakin hücumçu karyerasını Avropada davam etdirmək istədiyi üçün bu təklifləri rədd edib.
Orşiç bu mövsüm 26 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.
Rusiya mətbuatında “Dinamo”nun Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayıracağı iddia olunur.
Oxşar xəbərlər
Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasında oynayacaq! - Transfer
“Dinamo” Ramilə pul ödəmək istəmir - CAS-a müraciət edəcək
"Dinamo" Şeydayevə əvəzləyici tapdı
Ramil baş məşqçisiz qaldı - Xoxlovla yollar ayrıldı
Ramil Şeydayevdən məhsuldar ötürmə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
Əvəzedicilər Liqasında bu gün 2 oyun keçirildi
-
Daha bir boksçumuz Avropa çempionudur
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı















Misli Premyer Liqası