reklam
FİFA çempionatların birləşdirilməsinə razı olur? -
Sportfm.az xəbər saytı

FİFA çempionatların birləşdirilməsinə razı olur? -müzakirə olunacaq


FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib. O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: “Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir. Amma biz həmişə imtina etmişik. Çünki milli çempionatlar hər şeydən öncə gəlir. Ancaq bəlkə də bu variant fayda verəcək. Bu, bəzi hallarda irəliləməyin yeganə yolu ola bilər. Afrika üçün oxşar bir şey təklif etdim. Düşünürəm ki, imkanları araşdırmalıyıq”.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub.

Qeyd edək ki, FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.

 

Oxşar xəbərlər

Gianni İnfantino və Rövnəq Abdullayev bir arada - FOTO
FİFA "Qızıl top-2020"ni təqdim edəcək
FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə etdi
Dünya çempionatının formatı dəyişdirilir
FİFA-dan riskli addım - Orada da oynayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər