reklam
Sportfm.az xəbər saytı

"Beto"nu açan Eto’o universitetdə təhsil alacaq -1 il


“Barselona” və “Çelsi” kimi klublardakı çıxışı ilə tanınan Kamerun yığmasının sabiq hücumçusu Samuel Eto’o özünə yeni iş qurmaq qərarına gəlib.

Sportfm.az xəbər verir ki, bukmeker kontoru yaradan sabiq hücumçu idarəçilik dərsləri almaq üçün Harvard Universitetinə üz tutub.

38 yaşı olan Eto’onun ölkəsində fəaliyyət göstərəcəyi bukmeker şirkəti “Beto’o” adlanır. O, bu sahədə daha uğurlu olmaq üçün isə 1 il Bostonda dünyanın ən məşhur universitetlərindən birində təhsil alacaq.

Xatırladaq ki, Eto’o karyerası ərzində “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Antalyaspor” və “Konyaspor” klublarında forma geyinib. O, Kamerun yığmasında da 118 oyun keçirib.

Oxşar xəbərlər

Millimiz “Tour of Sharjah”ın ikinci mərhələsini başa vurdu
“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
Eto’o Harvardda təhsil alacaq
Fransa klubu azarkeşlərdən yardım istədi
Komandamız Sankt-Moritz qar polosu turnirində qalib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər