reklam
“Sumqayıt”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirildi
Sportfm.az xəbər saytı

“Sumqayıt”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirildi


Oktyabrın 2-də Sumqayıtdakı “Kapital Bank Arena”da Birinci divizionda mübarizə aparan “Sumqayıt” futbol klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Sportfm.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.

Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA-ya müraciət etmək lazımdır.

Oxşar xəbərlər

Danışılmış oyunlarla bağlı danışdılar - FOTO
"Kəpəz"də danışılmış oyunlarla bağlı seminar keçirildi
Danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
"Keşlə"də danışılmış oyunlarla bağlı seminar keçirildi
“Zirə”nin futbolçularına seminar keçirildi - Danışılmış oyunlarla bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər