"Qalatasaray" və "Fənərbaxça" arasında mövsümün ilk İstanbul derbisi
Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" və "Fənərbaxça" komandaları arasında mövsümün ilk İstanbul derbisi keçiriləcək.
Sportfm.az xəbər verir ki, VI tur qarşılaşmasını FIFA referisi Cüneyt Çakır idarə edəcək. "Türk Telekom" arenada təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
110 ildir rəqabətdə olan iki komanda 390-cı dəfə üz-üzə gələcək. Əvvəlki qarşılaşmaların 146-da "Fənərbaxça", 123-də isə "Qalatasaray" qələbə qazanıb. Topların nisbətində də "sarı lacivərdlilər" üstündür - 535:485.
62 ildir keçirilən Superliqada isə İstanbul təmsilçiləri 124 dəfə görüşüblər. Bu rəqabətdə də "Fənər" öndədir - 50:33. Topların nisbəti isə 157:119-dur. Son 10 rəsmi matçın 6-da heç-heçə qeydə alınıb, 3-də "sarı-lacivərdlilər", 1-də "sarı-qırmızılar" qələbə qazanıb. Qonaq komanda yenə uduzmasa, əzəli rəqiblə səfər qarşılaşmalarındakı məğlubiyyətsizlik seriyasını 5-ə çatdıracaq.
Qeyd edək ki, 5 turdan sonra "Fənərbaxça" 10 xalla 2-ci, "Qalatasaray" 8 xalla 7-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qalatasaray" "Beşiktaş"a qarşı - İstanbul derbisi
Bugün İstanbulda həyat duracaq - Derbi var
"Fənərbaxça" "Qalatasaray"a qarşı - Derbi matçı
"Fənərbaxça" "Qalatasaray"la qarşılaşacaq
İstanbul derbisi - "Qalatasaray", yoxsa "Fənərbaxça"?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası