Mahir Emreli "Sevilya" ilə oyunu buraxacaq
Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya"nı qəbul edəcək "Qarabağ" ciddi itki ilə üzləşib.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun hücumçusu Mahir Emreli Premyer Liqanın IV turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. 22 yaşlı futbolçu qarşılaşmanın 77-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.
Əzələsini dartan futbolçunun bərpa prosesi bir neçə həftə çəkəcək. Azərbaycan millisinin üzvü "Sevilya" ilə oyunda komandasında kömək edə bilməyəcək.
"Qarabağ"ın heyətində Filip Ozobiç və Rahil Məmmədov da zədədən əziyyət çəkir.
Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.
Oxşar xəbərlər
Mahir Emreli İspaniyaya gedir - Avropa Liqası
Dani və Mahir meydana çıxacaqmı? - aydınlıq gəldi
İspanlarla görüşün biletlərinin qiyməti məlum oldu
"Qarabağ" - "Sevilya" matçının biletləri satışda
Almeyda "Qarabağ"ı yalnız buraxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası