reklam
Avropa çempionatının finalında İspaniya və Xorvatiya futzalçıları üz-üzə gələcək
Sportfm.az xəbər saytı

Avropa çempionatının finalında İspaniya və Xorvatiya futzalçıları üz-üzə gələcək


19 yaşadək futzalçılar arasında Latviyada  təşkil edilən Avropa çempionatının final oyununda qarşılaşacaq komandalar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarımfinalda Polşanı 3:1 hesabı ilə yenən İspaniya və penaltilər seriyasında Portuqaliyanı mübarizədən kənarlaşdıran Xorvatiya millisi qalibi müəyyənləşdirəcək. Həlledici oyun sentyabrın 14-də, saat 21:00-da, Riqa Arenada keçiriləcək. Oyunun birinci hakimi təşkilatçı ölkəni təmsil edəcək. Belə ki, latviyalı İngus Purinş birinci, estoniyalı Grigori Oşomkov ikinci hakim olacaq. Üçüncü referi funksiyasını rusiyalı İrina Velikovna yerinə yetirəcək.

Maraqlıdır ki, final mərhələsində İspaniya və Xorvatiya eyni qrupda yer alıblar. Bu komandalar arasında sentyabrın 8-də, Riqa Arenda keçirilmiş oyunda ispanlar 3:0 hesabı ilə qələbə qazanıb.  

Oxşar xəbərlər

İspaniya millisi Millətlər Liqasının qalibi oldu
İspaniya millisi Avropa çempionu oldu - FOTO
Kiprlə oyunun hakimləri açıqlandı
Azərbaycanlı hakim Belçika - İspaniya oyununa təyinat aldı
Millimiz dünya çempionatının finalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər