"Karyeramı bitirəndən sonra Bakıya köçəcəm" -Ramil Şeydayev - VİDEO
Azərbaycan millisinin və Rusiyanın "Dinamo" klubunun hücumçusu Ramil Şeydayev Moskvada yaşayan Anar İbrahimovun "Youtube"da "İbrakadabra" kanalının qonağı olub.
Sportfm.az xəbər verir ki, 23 yaşlı forvard Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədovla aralarında yaşanmış əhvalatdan danışıb:
- Bir dəfə Aleksandr Səmədovla bazadan taksi ilə qayıdanda yolda dünya çempionatı barədə söhbətimiz alındı. Mən dedim ki, dünya çempionatında 8-ci yer zəif nəticədir. O, mənim dediklərimə əsəbləşdi. Qəzəblə cavab verdi ki, biz 5-ci yer tutmuşuq! Mən məzələnirdim, o isə əsəbləşirdi.
Səmədov əla insandır. Həqiqətən də möhtəşəm oğlandır. Onunla müxtəlif mövzulardan danışmışıq. Azərbaycan millisindən çox söhbət etmişik. Millidəki vəziyyəti soruşurdu. Azərbaycan millisində oynamaması barədə söhbət edirdi. Bakıda Avropa Liqasının final matçının səfiri idi. Bakıda harda getməyi soruşurdu. Azərbaycandan qayıdandan sonra mənə Bakıdan bəhs etdi, çox xoşuna gəlmişdi.
- Üç şəhəri fəxri kürsündə yerlərə ayır: Bakı, Moskva və Piter.
- Piter, Bakı, Moskva. Piter doğma şəhərimdir, orada doğulmuşam və ailəm orada yaşayır. Bakıda isə çox rahatam və bu şəhəri çox sevirəm. Gələcəkdə - futbol karyeramı bitirəndən sonra bəlkə ora köçdüm.
- Səni harada daha çox tanıyırlar: Rusiyada, yoxsa Azərabycanda?
- Azərbaycanda.
- Bakıdakı uşaqlar mənə sənin Azərbaycanda ulduz olduğunu demişdi.
- Məncə, elə deyil.
- Bir müsahibəndə iki il musiqiyə qulaq asmadığını demişdin. Bu, necə mümkün olur?
- Həmin müsahibəni Samarada vermişdim. Mən demək olar, musiqiyə qulaq asmadığımı söyləmişdim. Ümumiyyətlə dinləmədiyimi deməmişdim. Dostlarla maşında musiqiyə səs verirlər, qulaq asıram. Əsasən, dinə bağlı insanam. Dində irəli getmək istəyirəm. İstəyirəm ki, musiqini heç dinləməyim, amma alınmır.
- Film çəksəydin, hansı futbolçuları dəvət edərdin?
- Döyüş filmi çəkərdim və Ayaz Quliyevi dəvət edərdim.
Oxşar xəbərlər
"Rusiyanı seçməklə doğru addım atmışam" - Aleksandr Səmədov
Tanınmış futbolçu karyerasını bitirdi
"Gündə mütləq 5 dəfə namaz qılıram, musiqiyə qulaq asmıram" - Ramil Şeydayev
“Azərbaycandan üzr istəmək üçün səbəb yoxdur” - Aleksandr Səmədov
"Spartak" Səmədovla yollarını ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası