"Gündə mütləq 5 dəfə namaz qılıram, musiqiyə qulaq asmıram" -Ramil Şeydayev
Bu gün "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevin doğum günüdür.
Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçunun 23 yaşı tamam olur.
Bu münasibətlə Samara təmsilçisinin rəsmi "Yutub" kanalı azərbaycanlı futbolçuya bir neçə sual ünvanlayıb.
Sonuncu dəfə kimə zəng vurmusunuz?
- Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram.
"Votsap"da son mesajınız hansı olub?
- "Votsap"da son olaraq, dostlarımla "Yuventus" - "Atletiko" oyununu müzakirə etmişik. Ronaldo sadəcə möhtəşəmdi, qol maşınıdı.
Hansı musiqiləri bəyənirsiniz?
- Axır vaxtlar musiqi dinləmirəm. Son dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.
Futbolu seçməsəydiz...
- Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım.
Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?
- Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.
Oxşar xəbərlər
Rafael Ağayev ondan çəkindiyini etiraf etdi - FOTO
"Karyeramı bitirəndən sonra Bakıya köçəcəm" - Ramil Şeydayev - VİDEO
"Xalq qoyun sürüsüdü. Kim nə deyirsə, ona da qulaq asır" - Kokorindən cavab
Həbsdə olan azərbaycanlı futbolçunun etirafları: “Atam birinin başını kəsdi...” - VİDEO
Totti: "Romanın mərkəzində yaşamaq qeyri-mümkündür"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası