Rafael Ağayev finala yüksəldi
Azərbaycan karateçisi Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən Karate1 Premyer Liqa turnirində finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edib. Ağayev yarımfinalda ukraynalı idmançıdan da üstün olub.
Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.
Yarışın ilk günü ölkənin daha 3 idmançısı mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.
Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub.
Oxşar xəbərlər
Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
Rafael Ağayev Tokioya yollandı - Medal olacaqmı?
Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazandı
Rafael Ağayev bürünc medal üçün döyüşəcək
Rafael Ağayev qanlar içində finala yüksəldi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası















Misli Premyer Liqası