Rafael Ağayev qanlar içində finala yüksəldi -FOTO
Karate üzrə Azərbaycan millisinin üzvü Rafael Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Karate1” Premyer Liqa turnirinin finalına yüksəlib.
Sportfm.az xəbər verir ki, ikinci görüşün ortalarında çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib. Yarımfinalda sifətindən daha bir zədə alan karateçimiz, bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.
Daha üç idmançımız, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsalar da, medal qazanmaq şansını əldən veriblər.
Qeyd edək ki, bu gün daha 10 idmançımız mübarizəyə qatılacaq. Mükafatçıların yekun nəticəsi yanvarın 27-də məlum olacaq.
Karate üzrə Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Karate1” Premyer Liqa turnirində iştirak edir.
Oxşar xəbərlər
Rafael Ağayev finala yüksəldi
Premyer Liqada azərbaycanlı imzası
Rafael Ağayev bürünc medal üçün döyüşəcək
Rafael Ağayev Fransada mükafata layiq görüldü - FOTO
Rafael Ağayev Premyer Liqanın finalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası