reklam
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək


Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışda 6-13 yaşlı uşaqlar mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq. Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər.

Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.

“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.

Oxşar xəbərlər

Beynəlxalq turnirə yekun vuruldu
"Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı
Bakıda beynəlxalq karate turnirinə start verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər