reklam
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda beynəlxalq karate turniri keçiriləcək


Martın 14-dən 17-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, sayca 10-cu olan bu turnir Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunacaq. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək turnirdə 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər.

Fərdi kata və kumite üzrə yarışın birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

Yubiley turnirinin təntənəli açılış mərasimi martın 15-də olacaq.

Oxşar xəbərlər

“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
“Baku open” beynəlxalq turnirin ilk qalibləri müəyyənləşdi - FOTO
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Sumqayıtda karate üzrə beynəlxalq turnir başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər