Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın yeni transferi kimdir?
İspaniyalı futbolçu Xayme Romeronun "Qarabağ"a keçidi rəsmiləşmək üzrədir.
Sportfm.az xəbər verir ki, 28 yaşlı oyunçu sabah Ağdam klubunun Avstriyadakı düşərgəsində olacaq. O, rəsmi müqaviləyə imza atacaq və komandanın hazırlığına qoşulacaq.
Son klubu "Kordoba" olan Romero vaxtilə İspaniyanın U-19 yığmasına cəlb olunub. Amma burada karyerası cəmi 6 dəqiqədən ibarət olub. Karyerasına “Albasete”də başlayan solaxay oyunçu “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son çempionatda “Kordoba”nın heyətində 22 matça çıxıb və 8 qol vurub.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçuları üçün əlamətdar oyun - Premyer Liqası
Romerodan 10-cu qol
Ailton "Qarabağ"a gəlir - FOTO
"Qarabağ" "Real" Madridin futbolçusunu transfer etdi - FOTO
Millimizin futbolçusu İspaniya klubuna transfer olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası