reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" ispaniyalı futbolçu transfer etdi


2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Sportfm.az xəbər verir ki,bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.

Oxşar xəbərlər

Fernan Lopes yenidən "Qəbələ"də - Müqavilə
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi - FOTO
"Qəbələ" yığmanının üzvünü transfer etdi - FOTO
"Kan"ın sabiq futbolçusu "Qəbələ"də - FOTO
"Qəbələ" gürcü futbolçu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər