AFFA-nın İcraiyyə Komitəsi hansı qərarları qəbul edə bilər?
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Sportfm.az xəbər verir ki, toplantı iyunun 3-də “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında başa tutacaq. İclasın gündəliyinə iki mövzu daxil edilib.
Bunlar Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlərdi.
Ötən mövsüm Premyer Liqada sonuncu pillənr tutan «Keşlə» aşağı dəstəyə göndərilməyəcək. Divizion iştirakçılarıyla bağlı vəziyyət isə fərqlidi.
Federasiya rəhbərliyinin bir qismi əvəzedici heyətləri yenidən bu yarışdan uzaq tutmağa tərəfdardı.
Onların fikrincə, keçən sezondan tətbiq olunan yenilik Divizionun səviyyəsini qaldırmayıb, digər tərəfdən isə danışılmış oyunlara dair şübhələr azalmayıb.
Qurumun yönətiminə daxil olan digər tərəf isə hesab edir ki, əvəzedicilərin ayrıca çempionatını keçirmək maliyyə israfından başqa bir şey deyil.
AFFA eyni zamanda Divizionda say artımı variantını gözdən keçirir. Son mövsümdə əvəzedicilərin hesabına bu rəqəm 14 olmuşdusa, gələn «futbol ili»ndən bu rəqəm 18-dək artırıla bilər.
Federasiya «Uğur», «Şahdağ» və bəzi Region Liqası iştirakçılarını birinci liqaya buraxıb-buraxmamağı götür-qoy edir.(sportinfo)
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası