reklam
Sportfm.az xəbər saytı

"Neftçi" azarkeşlərindən gözlənilməz addım -FOTO


"Neftçi" "balacalar"ın sayəsində "Qarabağ"dan heyfini çıxdı. 

Bu gün “Zirə” PFK və “Şüvəlan” FK-nın birgə təşkil etdiyi “İnkişaf turniri"nin oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandaların yarışdığı turnirdə 3-cü turun 2 oyunu keçirilib. B qrupunda "Neftçi" "Qarabağ"la qarşılaşıb. 

Bəlkə də, Premyer Liqadakı rəqabətin nəticəsidir ki, "Qarabağ"la matça "Neftçi"nin futbolçularını "Neftçimania" azarkeş qrupu dəstəkləməyə gəlmişdi. 30-a yaxın fanat oyun zamanı futbolçuları qələbəyə ruhlandırıb, şüarlar səsləndirib. 

"Neftçi"nin futbolçuları da 3:1 hesablı qələbə qazanaraq, azarkeşlərin qarşılığını veriblər. "Ağ-qaralar"dan Rəvan Nağıyevlə (2 qol) Cavanşir Şahbazlı fərqlənib. Ağdamlıların yeganə qoluna hesab 0:3 olarkən Fidayə Əzizli imza atıb. 

Qələbə sayəsində "Neftçi" qrupu lider tamamlayıb. "Qarabağ" isə qrupda qalıb. 

Matç başa çatandan sonra azarkeş qrupu futbolçuları tribunaya tərəfə çağırıb. Fanatlar futbolçulara təşəkkür edib, nəğmələr oxuyub və pirotexniki vasitələrdən istifadə edərək, Premyer Liqa ab-havası yaradıblar. 

Yeri gəlmişkən, A qrupunda baş tutan "Sumqayıt" - "Sabah-2004" matçında qonaqlar 3:1 hesabı ilə qalib gəlib. Böyük ehtimalla, B qrupunun qalibi olan "Neftçi"nin yarımfinaldakı rəqibi məhz "Sabah-2004" olacaq.  

3-cü tura axşam saatlarında baş tutacaq "Zirə" - "Sabah" və "Şüvəlan" - "Keşlə" matçları ilə yekun vurulacaq və bundan sonra yarımfinaldakı cütlərin adı məlum olacaq. 

“İnkişaf turniri"nə maraq böyükdür. Bir çox klubun seleksiya məşqçiləri oyunları izləyir. Bu gün keçirilən "Qarabağ" - "Neftçi" oyununu U-17 yığma komandasının baş məşqçisi Vüqar Məmməd və "Sabah"ın əvəzedici komandasının çalışdırıcısı Rövşən Babayev izləyib.

 

 

Oxşar xəbərlər

16-cı tur rəqəmlərin gözü ilə - STATİSTİKA
Azərbaycan Premyer Liqasının IV turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Bakıda gənc futbolçular arasında maraqlı turnir
Premyer Liqanın XXVI turu rəqəmləri gözü ilə - STATİSTİKA
Premyer Liqada 20-ci tur rəqəmlərin gözü ilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər