reklam
“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi
Sportfm.az xəbər saytı

“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi


Türkiyədə təşkil olunan "Limra Cup" turnirində növbəti oyunlar keçirilib.

Sportfm.az xəbər verir ki, "Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə "Kəmər Kartalları" ilə qarşılaşıb.

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan "qırmızı-qaralar" seriyanı bu dəfə də davam etdiriblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. "Qəbələ"nin heyətində Ziya Şəkərxanov 2, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqləniblər.

Bunadək "Manavqatspor"u 10:0, "BD Spor"u 4:0 hesabı ilə məğlub edən "Qəbələ" 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb. Komanda bu gün daha iki oyun keçirəcək.

Oxşar xəbərlər

“Qəbələ” “Sabah”a 2 cavabsız qolla qalib gəldi
“Qəbələ” “Sumqayıt”a 7 cavabsız qolla qalib gəldi
"Qəbələ"dən 5 cavabsız qol
"Kəpəz" Gəncədə darmadağın oldu
U-16-dan böyükhesablı səfər qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər