PFL-dən çempionluq kuboku ilə bağlı açıqlama gəldi
“Qarabağ” Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə “Səbail”i məğlub edib, çempionluğu vaxtından əvvəl rəsmiləşdirsə belə, həmin oyundan sonra Ağdam klubuna kubok təqdim olunmayacaq.
Sportfm.az xəbər verir ki, bunu qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. O bildirib ki, PFL bu dəfə də ənənəyə sadiq qalacaq:
“Belə deyək, kubok çempionun arxasınca gəzməyəcək. Bəlkə heç bu tur çempionluq rəsmiləşməyəcək. Ona görə də kubok son turda – “Neftçi” – “Qarabağ” matçından sonra medallarla birlikdə təqdim olunacaq".
Qeyd edək ki, "Qarabağ" bu tur "Səbail"ə qalib gəlsə, "Qəbələ" - "Neftçi" oyununun nəticəsindən asılı olmayaraq, Premyer Liqanın qızıl medallarını təmin edəcək.
Oxşar xəbərlər
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Premyer Liqasında
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Premyer Liqanın II turu rəqəmlərin gözü ilə
"Qarabağ" ardıcıl 6-cı dəfə Azərbaycan çempionu oldu, "Səbail" avrokuboklarda!
"Səbail" çempionluq kubokuna qovuşdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Turan" 3 xal qazandı - Premyer Liqa














Misli Premyer Liqası