AFFA "Zirə"ni cərimələdi
AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXII turunda baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, “Zirə” ilə səfər matçında “Səbail” klubu 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib. Eyni məbləğdə cərimə meydan sahiblərinə kəsilib. Bu isə təcili tibbi yardım xidmətinin nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsi ilə əlaqədardır.
“Qəbələ” ilə səfər oyununun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılan “Sabah” komandasının futbolçusu Kərim Diniyev 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb.
“Qarabağ”la ev qarşılaşmasının 84-cü dəqiqəsində “Sumqayıt” azarkeşləri meydana yad əşyalar atıblar. Bu səbəbdən, "gənclik şəhəri" təmsilçisi 1600 manat cərimə olunub.
Oxşar xəbərlər
AFFA klublarımızı cərimələdi
Premyer Liqanın 3 klubu futbolçularına görə cərimələndi - 800 manat
I Divizion klublarının cəzası açıqlandı
“Qarabağ”, "Sabah" və "Zirə" cərimələndi
AFFA klubları cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku












.jpg)


Misli Premyer Liqası