48-ci dueldən kim qalib ayrılacaq?
Azərbaycan Premyer Liqasında 3-cü dövrənin son oyunları bu həftə keçiriləcək.
Sportfm.az xəbər verir ki, 21-ci turda "Qəbələ" "Neftçi" ilə görüşəcək. Martın 21-dəki qarşılaşma paytaxt təmsilçisinin meydanında keçiriləcək.
Bu, iki komanda arasında 48-ci duel olacaq. İndiyədək baş tutan 47 matçda 17 qələbə qazanan "qırmızı-qaralar" 11 heç-heçə edib və 19 dəfə uduzub. Bu görüşlərdə "Qəbələ" daha çox - 62 qol vurubsa, öz qapısından 60 qol buraxıb.
24-cü dəfə "Neftçi"nin qonağı olacaq "qırmızı-qaralar" rəqib meydanında 8 qələbə qazanıb, 5 heç-heçə edib və 10 dəfə uduzub. Səfərdə 30 qolu olan "Qəbələ" 31 top buraxıb.
Rəqiblərin 47 görüşündən 42-si Premyer Liqa çərçivəsində olub. 16 dəfə meydandan üç xalla ayrılan "Qəbələ" 8 dəfə sülhlə kifayətlənib və 18 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə komandamızın xeyrinədir - 55:54.
Oxşar xəbərlər
"Qəbələ" ilə 66-cı duel
“Qarabağ”la “Qəbələ”nin 73-cü dueli - Misli Premyer Liqası
“Neftçi” ilə “Qəbələ”nin 62-ci dueli
"Qəbələ" - "Neftçi" - 56-cı duel
"Neftçi" - "Qəbələ": 55-ci oyun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası