reklam
U-16 Liqası:
Sportfm.az xəbər saytı

U-16 Liqası:"Turan Tovuz" yenə darmadağın oldu


Dünən 1 oyunla U-16 Liqasında 20-ci tura start verildi. Turun açılış matçı Aviasiya Akademiyasının stadionunda keçirildi.

Sportfm.az xəbər verir ki, «Zirə» son vaxtlar həddən artıq zəif çıxışla yadda qalan «Turan Tovuz»u qəbul etdi. Oyun qonaqların darmadağını ilə başa çatdı. Qələbə sayəsində «Zirə» 1 oyun çox keçirməklə 3-cü pilləyə yüksəldi. Görüş haqqında tura həsr olunmuş icmalımızda ətraflı məlumat verəcəyik. 

20-ci turun qalan 6 oyunu bu gün keçiriləcək. Oyun həftəsinin mərkəzi matçı Qəbələdə baş tutacaq. Lider «Qəbələ» bürünc medallar uğrunda mübarizə aparan «Səbail»i qəbul edəcək. Digər oyunlardan liderlər qrupuna yaxın olan «Keşlə» və «Neftçi»nini iştirakı ilə keçiriləcəyi oyunların nəticəsi maraqla gözlənilir… 

28 fevral 

12:00 ROİL – «Sabah» (Aviasiya Akademiyasının stadionu)
12:00 «Neftçi» - «Neftçi» İK İB («Dalğa Arena»)
14:00 «Qəbələ» - «Səbail» (Qəbələ şəhər stadionu) 
14:00 «Sumqayıt» - «Qarabağ» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 Gəncə TİM – «Keşlə» (Gəncə TİM-nin meydanı)
14:00 «Viləş» - İsgəndər Cavadov BFA (Masallı, A.Banişevski adına stadion) 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Həsən Seyfullayev («Sabah»), Əbil Əbilov («Keşlə»), Qoşqar Babayev (İsgəndər Cavadov BFA). 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 25 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 22 qol, Arif Məmmədov («Səbail») – 18 qol. 

«Het-trik news» qəzeti

 

Oxşar xəbərlər

U-15 Liqası: 27-ci turun təqvimi
"Neftçi" "Qarabağ"la Lökbatanda qarşılaşacaq
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər