"Şirvan"ın baş məşqçisi zavod direktoruna təşəkkür etdi
"Şəki"ni 3:0 hesabı ilə məğlub edərək, Region Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdaş "Şirvan"ının baş məşqçisi Ruslan Hüseynov qrup mərhələsi barəsində öz fikirlərini klubun rəsmi "facebook" səhifəsinə bildirib.
Sportfm.az həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırır:
"Qrup mərhələsinin sona çatmasına 1 tur qalsa da, növbəti mərhələyə vəsiqə qazandıq. Çalışacağıq ki, sonuncu oyunda da yaxşı çıxış edək.
Qrupda üçüncü yeri tutsaq da, oyunumuz bunun çox üzərindəydi. Çox heyif ki, qrup sonuncularına qarşı evdə itirdiyimiz xallar daha yüksək pillədə olmağımıza mane oldu.
Əgər o matçlarda da qələbə qazansaydıq, qrupu lider bitirə bilərdik. Diqqət etsəz, 6 səfər matçından 5 qələbə, 1 heç-heçə etmişik.
Lakin ev oyunlarda məğlubiyyətlərimiz var. Bəzən futbolda belə hallar olur. Düşünürəm ki, hazırda yaxşı kollektivimiz, yaxşı komandamız var.
Bu uşaqlarla daha da uğurlu nəticələr qazana bilərik. Fürsətdən istifadə edib, komandamıza hər cür dəstəyi verən Ağdaş Çörək Zavodunun rəhbəri Vüqar Hacıyevə təşəkkür edirəm.
Turnirboyu maddi və mənəvi yanımızda olaraq bizə böyük dəstək oldu. İstərdim ki, hər bölgədə idmanı sevən bu cür insanlar olsun. Yalnız o halda ölkə futbolunda müəyyən inkişaf olar.
Qarşıda bizi daha çətin rəqiblər gözləyir. Ancaq mən komandama inanıram. Hər il çempionluq hədəfi ilə yola çıxırıq.
Bu il işimiz daha çətindi. Çünki kifayət qədər güclü komandalar var. Düşünürəm ki, bu kollektivlə ən azı yarımfinal mərhələsinə qədər irəliləyərik".
Oxşar xəbərlər
De Byazi indidə küləkdən bəhs etdi
"Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirik" - Bədavi Hüseynov
"De Byazinin qərarını normal qarşılayıram" - Ağabala Ramazanov
"Nöqsanlarımızı bu mövsümdə saxlayaraq, yeni «futbol ili»nə daha yaxşı hazırlaşacağıq" - Qazax klubu
“Bəxtimiz gətirmədi” - “Kopenhagen”in baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası