Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tennisçilərimiz Riqada üç medal qazandı -FOTO
Latviyanın paytaxtı Riqada keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə 2007-ci il təvəllüdlü və aşağı yaş qrupları üzrə idmançıların çıxışları başa çatıb.
Sportfm.az xəbər verir ki, Azərbaycanı oğlanların yarışında təmsil edən Adil Əhmədzadə gümüş, Hüseyn Eylazov isə bürünc medallara sahib olublar. Qızların yarışında isə Arzu Aslanova bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer Adalarından olan idmançılar mübarizə aparırlar.
Digər yaş qrupları üzrə yarışlar fevralın 17-dək davam edəcək.
Oxşar xəbərlər
Ləman Abdulhəmidova qızlar arasında ən yaxşıdır
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI
İdmançılarımız Çində beynəlxalq turnirdə iştirak edəcəklər
Tennisçilərimiz Latviyada mübarizə aparacaqlar
Tennisçilərimiz beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası