reklam
Elvin Yunuszadə cəzalandırıldı
Sportfm.az xəbər saytı

Elvin Yunuszadə cəzalandırıldı


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Sportfm.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində  “Sabah”  klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur. 

Azərbaycan  Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında  “Sumqayıt” klubunun 5 , “Qarabağ” klubunun   4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur. 

Azərbyacan  Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində  “Səbail”  klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında  “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oxşar xəbərlər

AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
AFFA klubları cəzalandırdı
Cavidin cəzası açıqlandı
"Kəpəz" 2400 manat cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər