Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klublarımızın yükü Antalyada qaldı -Problem
Antalyadakı təlim-məşq toplanışını başa vurub Bakıya qayıdan klublarımız problemlə üzləşib.
Sportfm.az xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Sumqayıt”ın futbolçularının, eləcə də digər sərnişinlərin əksəriyyətinin təyyarənin yük yerinə verilmiş əşyaları gəlməyib.
Hətta “Sumqayıt”ın məşq ləvazimatlarının Antalyada qaldığı bildirilir.
Klub nümayandələri Bakı aeroportunun əməkdaşlarına istinadən bildiriblər ki, komandaların yükü normadan artıq olduğundan Bakıya bugünkü reyslə gətirilməyib.
Klubların üzvlərini Bakıya AZAL-ın təyyarəsi gətirib. Onlara bildirilib ki, yüklər Azərbaycana bir də gələn həftənin üçüncü günü olan reyslə göndəriləcək.
Oxşar xəbərlər
"Qarabağ" Antalya toplanışını başa vurdu, Gəncəyə uçdu
“Neftçi”nin rəqibi Bakıya yola düşdü - Konfrans Liqası
"Neftçi" Antalyada qələbəyə həsrət qaldı
Futbolçularımız Antalyaya yollanır
"Qarabağ" makedoniyalılara qol vura bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası