Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Atletiko"nun yetirməsi Bakıya birbaşa müqaviləyə gəlir
Karyerasını Azərbaycanda davam etdirməsi gözlənilən Malavi yığmasının hücumçusu Robin Nqalande ölkəmizə gəlməyə hazırlaşır.
Sportfm.az xəbər verir ki, bu barədə Malavi mətbuatı məlumat verib.
Bildirilir ki, 27 yaşlı forvard ölkəmizə səfər üçün tələb olunan viza problemini artıq yoluna qoyub.
Onun yeni komandasının adı açıqlanmasa da, karyerasını Azərbaycanda davam etdirəcəyi əminliklə vurğulanıb. Çünki Madrid "Atletiko"sunun yetirməsi birbaşa müqaviləyə gələcək.
2017-ci ildə anlaşdığı Cənubi Afrika Respublikası klubu "Baroka" ilə 3 illik müqaviləsinə ötən yay xitam verən forvard hazırda azad agent statusuna malik olduğundan, Premyer Liqa təmsilçisinə havayı başa gələcək.
Oxşar xəbərlər
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokunda çıxış edəcək
Çabalala karyerasını Azərbaycanda davam etdirəcək
"Zirə"nin yeni transferi Bakıya gələcək
Torresin yeni klubu açıqlandı - FOTO
Mahmudov karyerasını Azərbaycanda davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası