reklam
Bizdə 1-ci, dünyada 458-ci olan Qurban Qurbanov
Sportfm.az xəbər saytı

Bizdə 1-ci, dünyada 458-ci olan Qurban Qurbanov


"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.

Sportfm.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də "minlik"də qərarlaşıb. Bu, "Neftçi"yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Oxşar xəbərlər

Qurban Qurbanov gerilədi
Qurban Qurbanov uduzsa da, bərabərə qalsa da...
Qurban Qurbanov reytinqdə irəlilədi
Qurbanovla Bordin 3 pillə gerilədi
Qurbanov 48, Bordin 32 pillə gerilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər