Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Aftandil Hacıyev:"İki cəbhədə mübarizə aparmağa gücümüz yoxdur"
“Maraqlı oyun oldu. İlk dəqiqələrdə qol vurmaq istəyirdik. Buna nail olduq, amma sonradan qollar buraxdıq".
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"yə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Gənc mütəxəssis iki cəbhədə mübarizə aparmaq üçün güclərinin olmadığını dilə gətirib:
"Cavab oyununda qapını toxunulmaz saxlamaq üçün maksimum diqqətli olmalıyıq. Bu gün oyunçulara təşəkkür edirəm ki, bəziləri iynə gücünə meydana çıxmışdılar. Ehtiyat qüvvəmiz isə azdır. Bu oyun göstərdi ki, gücümüz iki cəbhədə mübarizə aparmağa çatmır. Bütün diqqətimizi çempionata yönəldəcəyik”.
Oxşar xəbərlər
"Son nöqtəni qoya bilmədik" - Aftandil Hacıyev
"Zirə"nin heyəti bizdən qat-qat genişdir" - Aftandil Hacıyev
"Qarabağ"ı digər komandalar da məğlub edə bilmir" - Aftandil Hacıyev
Aftandil Hacıyev pulsuzluqdan şikayətləndi
"Əsas rəqiblərimiz hələ qarşıdadır" - Aftandil Hacıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası