reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin "Qarabağ"la 14-cü dueli


"Zirə" Topaz Premyer Liqasının XIV turunda dekabrın 9-da "Qarabağ"la qarşılaşacaq. 

Sportfm.az klubun saytına istinadən xəbər verir ki, "qartallar" son 5 mövsümün çempionu ilə 14-cü dəfə qarşılaşacaq. Bunadək komanda Ağdam klubu ilə Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Həmin oyunlarda 3 heç-heçə edən “Zirə” 10 dəfə məğlub olub. Rəqib qapısına 6 dəfə yol tapan komanda 24 top buraxıb. 

"Qarabağ"la matçlarda “Zirə”nin ən məhsuldar oyunçusu Mirsahib Abbasovdur. O, rəqib qapısına 2 dəfə yol tapıb ki, bu da cari mövsümün ilk duelinə təsadüf edib. 

7-ci dəfə rəqibini qəbul edəcək “qartallar” ev oyunlarında 2 heç-heçə edib və 4 dəfə uduzub. Komanda öz meydanında 3 qol vurub, 9-nu buraxıb. 

Qeyd edək ki, rəqiblərin son 2 matçında hər iki komanda qol sevinci yaşayıb.

Oxşar xəbərlər

"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
"Zirə” “Sabah”la qarşılaşacaq - 8-ci oyun
"Zirə"nin "Səbail"lə 10-cu dueli
"Zirə"nin "Neftçi" ilə 17-ci dueli
"Neftçi" - "Zirə": 14-cü duel

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər