reklam
Yığmamıza qarşı oynayan futbolçu “moyka”da işləyir -
Sportfm.az xəbər saytı

Yığmamıza qarşı oynayan futbolçu “moyka”da işləyir -FOTOLAR


Müasir futbolda böyük pulların dövr etdiyini hər kəs bilir. Bunu futbolçuların yaşayış tərzinə baxanda da görmək olar. Bizə elə gəlir ki, futbolçular karyerası ərzində yığdığı pulu ömrünün axırına kimi xərcləsə qurtarmaz. Ancaq...
 
Publika.az xəbər verir ki, bir vaxtlar Türkiyənin 3 böyük klubundan birində - "Fənərbağça”da top qovan Faruk Yiğit ölkənin ən məşhur oyunçularından biri olub. Onun peşəkar karyerası elə sürətli başlamışdı ki, 1990-cı illərin əvvəllərində Türkiyədə haqqında ən çox danışılan tək-tük futbolçulardan idi. 1998-ci ildə çox yüksək transfer məbləği qarşılığında "Fənərbağça”ya transfer olan Faruk Yiğit karyerasını bitirdikdən sonra məşqçi kimi də fəaliyyət göstərib. Ancaq 2013-cü ildə futboldan tamam uzaqlaşan sabiq hücumçu indi tam fərqli sahədə çalışır. Türkiyənin "Hürriyət” saytının əməkdaşı onu avtoyuma obyektində tapıb.
 
Qeyd edəki ki, Faruk Yiğit 1996-cı ildə Tofiq Bəhramov adına respublika stadionunda Türkiyə yığmasının heyətində millimizə qarşı oyunda iştirak edib.
 

Oxşar xəbərlər

İkardi İstanbul derbisində tarixə düşdü
“Qalatasaray”dan gedən oyunçu Türkiyədə tarix yazdı
"Türkiyənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdləri var" - Ərdoğan matçdan danışdı
Transferdə durmaq yoxdur! - Assunsao "Qalatasaray"da
Felipe Melonun yeni klubu məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər