reklam
Sportfm.az xəbər saytı

"Premyer Liqada yerimizi qorumağa çalışırıq" -Elşad Əhmədov


“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XII tur çərçivəsində səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini böülüşb.

Sportfm.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı danışıb: 

- Çətin oyun oldu. “Qarabağ” oyunboyu hücum etdi, biz müdafiə olunduq. Əks hücumlardan yararlanmağa çalışsaq da, istədiklərimizi edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir. Bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq. 

- Marko Deviçin durumu necədir?

- Yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq. Gələn oyun bizə kömək etmək ehtimalı var.  

- Real yanaşsaq, komandanız hansı məqsədlər üçün mübarizə aparır?

- Premyer Liqada yerimizi qorumağa çalışırıq. Sadəcə, 4 turdan sonra 9 xal toplamışdıq və hamı bizdən daha artıq şey gözləməyə başladı. Bəli, futbolçularımız bu gün canlarını qoyur.

- Çempionatda hansı komanda ilə istəklərinizi həyata keçirə bilərsiniz?

- Bizə bir neçə futbolçu lazımdır. Fərqi yoxdur yerli və ya legioner. Komandanı gücləndirə biləcək futbolçulara ehtiyacımız var.

Oxşar xəbərlər

"Essyen burdadırsa..." - David Luiz
“Qarabağ” demək olar ki, top görmədi” - Kamran Quliyev
"Özümü "Neftçi"li kimi hiss etdim" - Elşad Əhmədov
"Vacib məsələ olsa, müraciət edə bilərik" - Qurban Qurbanov
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər