"Özümü "Neftçi"li kimi hiss etdim" - Elşad Əhmədov
Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi”yə səfərdə 0:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov matçsonrası mətbuat konfransı keçirib.
Sportfm.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirib.
- “Neftçi” layiqli qələbə qazandı. İlk yarıya yaxşı başlamadıq. Müdafiədə boşluqlar verirdik, hücuma keçə bilmirdik. Erkən qol buraxdıq. Fasilədən sonra özümüzə gəldik. Zənnimcə, ikinci hissədə bir qədər üstün oynadıq. Hücum xəttində problemlərimiz var.
- “Qarabağ”la oyundan sonra 1 xala layiq olduğunuzu bildirmişdiniz. Bəs, bu gün hansı fikirdəsiniz?
- Bu gün eyni sözləri deyə bilmərəm.
- İlk hissədə yenə əvəzetmə etdiniz...
- Əvvəlcə rəqibin mərkəzdən hücum etdiyini gözləyirdik. Sonradan cinahları bağlamalı olduq.
- Hücumdakı problem deyərkən tək Deviçi nəzərdə tutursunuz?
- Xeyr. Bura vingerlər də, hücumameylli yarımmüdafiəçilər də aiddir.
- Elşən Abdullayevin durumu nə yerdədir?
- Təqribən 1 həftədən sonra məşqlərə başlayacaq.
- Arxada qalan ilk dövrəni necə dəyərləndirirsiniz?
- Debütant üçün 10 xal normaldır. Amma nəticədən razıyam, oyun olaraq, xeyr.
- Xeyli müddət “Neftçi”də işləmisiniz. Yenidən “Bakcell Arena”ya daxil olmaq necə hissdir?
- Özümü “Neftçi”li kimi hiss etdim. Hətta stadiona gələndə çaşıb paltardəyişmə otağını səhv salmışdım.(qol.az)
Oxşar xəbərlər
"Konkret kimisə günahlandırmaq olmaz" - Kaxaber Sxadadze
"Neftçi"nin zəif cəhətlərini bilirdik" - Məhəmməd Qədir
Elşad Əhmədov: "Bunların “bəhrəsini” gördük"
"Premyer Liqada yerimizi qorumağa çalışırıq" - Elşad Əhmədov
"Neftçi"nin heyətini məşqçilər heyəti hazırlaşdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı
-
PSJ Superkuboku da qazanmağa çalışacaq















Misli Premyer Liqası