reklam
Dünya çempionatında finalçılar müəyyənləşdi
Sportfm.az xəbər saytı

Dünya çempionatında finalçılar müəyyənləşdi


Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarımfinalda Çini 3:2 hesabı ilə üstələyən İtaliya həlledici görüşə vəsiqə qazanıb. İtaliyalıların rəqibi Hollandiyanı 3:1 hesabı ilə məğlub edən Serbiya olacaq.

Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da başlayacaq. Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

Oxşar xəbərlər

Dünya çempionatında finalçılar müəyyənləşdi
Finalın adı Rusiya-Portuqaliya - Avropa Çempionatı
Dünya çempionatının qalibi müəyyənləşdi
Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu
Euro-2017: Hollandiya İtaliyaya şans vermədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər