Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lukaku "Fənərbaxça"ya keçdi -RƏSMİ
"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatıb.
Sportfm.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Klubun futbol direktoru Oğuz Çətin belçikalı hücumçunun bu axşam İstanbula gələcəyini bildirib.
33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətinə qatılması ilə bağlı fikirlərini bölüşüb:
"Əziz "Fənərbaxça" azarkeşləri. Belə möhtəşəm tarixə malik klubun bir parçası olmaq mənim üçün böyük şərəf və imtiyazdır.
Düzünü desəm, çox yaxşı komandamız var və belə güclü heyətin bir parçası olduğum üçün çox xoşbəxtəm. Hər gün çox çalışacağam, məşqlərdə əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandaya mümkün qədər çox kömək edim. Meydanda keçirdiyim hər anı komandanın qələbəsi üçün dəyərləndirmək istəyirəm.
Mənə bir insan və futbolçu kimi göstərdikləri etimada görə rəhbərliyə və baş məşqçimizə təşəkkür edirəm.
Mənim üçün də bu, bir qədər emosional andır. Çünki uzun illərdən sonra Türkiyəyə qayıdıram. Bildiyiniz kimi, uşaqlıqda burada yaşamışam və məhz burada atamla birlikdə peşəkar futbol dünyasını kəşf etmişəm. Buna görə də qayıdışım mənim üçün çox xüsusi və emosional olacaq. Bunun "Fənərbaxça" ilə baş verməsi məni çox qürurlandırır. Dəstəyiniz üçün təşəkkür edirəm. Tezliklə görüşərik".
Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər
Dünya Çempionatında oynayacaq futbolçu "Turan"ın rolunu vurğuladı
Rüfət Abbasov "Şamaxı"dan ayrıldı - Açıqlama
Türk futbolçu üçün görünməz məbləğ
Polina Rəhimova: "Fənərbaxça"nın üzvü olduğum üçün xoşbəxtəm"
Atanın futbol sevgisi: Klubun adını oğluna qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı
-
PSJ Superkuboku da qazanmağa çalışacaq

Misli Premyer Liqası