"Messi Ronaldudan yaxşıdır" -Pol Skoulz
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Pol Skoulz hazırda hansı klub və oyunçuları bəyəndiyini açıqlayıb.
Sportfm.az xəbər verir ki, o, ən sevimli klubunun elə "MY" olduğunu dilə gətirib.
"Real", "Barselona", "Mançester Siti" və "Liverpul"un oyunlarına baxmaq xoşuma gəlir. Lakin mən onların yerinə "Mançester Yunayted" demək istərdim", - deyə o bildirib.
Pol Skoulz futbolçulardan Modriç, Kroos və Messinin yaxşı təsir bağışladığını qeyd edib:
"Mən "Uembli"də "Tottenhem"lə qarşılaşmada Messinin oyununu izlədim. Və matçdan sonra Messi və Ronaldunun müqayisəsi haqda düşündüm.
Onlardan hansı daha yaxşıdır? Messi. Lakin Ronaldu da möhtəşəmdir. Kriştianu etdiyi hər bir şeyə müvəffəqiyyətlə nail olur. O sürətli və güclüdür. Ronaldu qollar vurur, cərimə zərbələrini qola çevirir. Lakin Messi daha hərtərəfl futbolçudur. Onun ötürmələri — vay! O, futbolda hər şeyə qadirdir".
Oxşar xəbərlər
Levandovski Messi ilə Ronaldonu müqayisə etdi
FİFA rəmzi yığmaya namizədləri açıqladı - Kimlər var?
“Ümid edirəm Messi mənim klubuma keçər” – Xuan Mata
“Messini transfer etməyi düşünə bilərik” - “Mançester Siti”nin direktoru
Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası