"Astana" qalib gəldi, "Beşiktaş" məğlub oldu -Avropa Liqasında 2-ci turun oyunları
Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" Bakı Olimpiya Stadionunda İngiltərə "Arsenal"ını qəbul edib və məğlub olub. "Köhlən atlar"ın qrup mərhələsindəki digər rəqibləri - Ukrayna "Vorskla"sı evdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə əzmkar qələbəyə seviniblər.
Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstan "Astana"sı bu turda Fransa "Renn"i ilə qarşılaşıb və inamlı qələbə qazanıb.
Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" səfərdə "Malmö" ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. "Fənərbağça" Slovakiya "Spartak"ını (Trnava) qəbul edib və iki cavabsız qolla üstün olub. Ötən mövsüm Türkiyə kubokunun qalibi olan "Akhisarspor" Belçika "Standard"nın qonağı olub və meydanı məğlub tərk edib.
Avropa Liqası, qrup mərhələsi, 2-ci tur
4 oktyabr
A qrupu
Bayer (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr) 4:2
Qol: Haverts, 44. Alario, 49; 88. Brandt, 90 - Triçkovski, 25. Raspas, 90.
Sürix (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 1:0
Qol: Palsson, 84.
B qrupu
Rusenborq (Norveç) - Leyptsiq (Almaniya) 1:3
Qol: Jebali, 79 - Auqustin, 12. Konate, 54. Kunya, 61.
Zalsburq (Avstriya) - Seltik (Şotlandiya) 3:1
Qol: Dabbur, 55; 73-pen. Minamino, 61 - Eduard, 2.
C qrupu
Bordo (Fransa) - Kopenhagen (Danimarka) 1:2
Qol: Sanxare, 84 - Sotiriu, 42. Skov, 90.
Zenit (Rusiya) - Slaviya (Praqa, Çexiya) 1:0
Qol: Kokorin, 80.
D qrupu
Anderlext (Belçika) - Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qol: Hayroviç, 19-pen. Qojak, 68.
Fənərbaxça (Türkiyə) - Spartak (Trnava, Slovakiya) 2:0
Qol: Slimani, 52; 69.
E qrupu
Qarabağ (Azərbaycan) - Arsenal (İngiltərə) 0:3
Qol: Papastatopulos, 4. Smit Rou, 53. Genduzi, 80.
Vorskla (Poltava, Ukrayna) - Sportinq (Lissabon, Portuqaliya) 1:2
Qol: Kulaç, 10 - Montero, 90. Kabral, 90+3.
F qrupu
Milan (İtaliya) - Olimpiakos (Yunanıstan) 3:1
Qol: Kutrone, 70; 79. İquayn, 76 - Gerrero, 14.
Betis (İspaniya) - Düdelanj (Lüksemburq) 3:0
Qol: Sanabria, 56. Lo Selso, 80. Herrera, 88.
G qrupu
Reyncers (Şotlandiya) - Rapid (Vyana, Avstriya) 3:1
Qol: Morelos, 43; 90. Tavernier, 84-pen - Berişa, 41.
Spartak (Moskva, Rusiya) - Vilyarreal (İspaniya) 3:3
Qol: Ze Luis, 34-pen; 82. Melqarejo, 85 - Ekambi, 13. Fornals, 49. Kasorla, 90.
H qrupu
Apollon (Kipr) - Marsel (Fransa) 2:2
Qol: Markoviç, 74. Zelaya, 90 - Payet, 50. Qustavo, 67.
Ayntraxt (Almaniya) - Latsio (İtaliya) 4:1
Qol: Da Kosta, 4; 90. Kostiç, 28. Yoviç, 52 - Parolo, 23.
İ qrupu
Malmö (İsveç) - Beşiktaş (Türkiyə) 2:0
Qol: C.Erkin, 53-öz qapısına. Rozenberq, 76-pen.
Sarpsporq (Norveç) - Genk (Belçika) 3:1
Qol: Mortensen, 5; 63. Zakariassen, 54 - Trossard, 49.
J qrupu
Krasnodar (Rusiya) - Sevilya (İspaniya) 2:1
Qol: M.Pereyra, 72. Okriaşvili, 88 - Nolito, 43.
Standard (Lyej, Belçika) - Akhisarspor (Türkiyə) 2:1
Qol: Emond, 17. Djenepo, 40 - O.Ayık, 32.
K qrupu
Astana (Qazaxıstan) - Renn (Fransa) 2:0
Qol: Zaynutdinov, 64. Tomasov, 90.
Yablonets (Çexiya) - Dinamo (Kiyev, Ukrayna) 2:2
Qol: Hovorka, 33. Travnik, 81 - Tsiqankov, 8. Qarmaş, 14.
L qrupu
BATE (Belarus) - PAOK (Yunanıstan) 1:4
Qol: Skaviş, 61 - Priyoviç, 6. Jaba, 11; 17. Pelkas, 73.
Çelsi (İngiltərə) - Videoton (Macarıstan) 1:0
Qol: Morata, 70.
Oxşar xəbərlər
Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - SİYAHI
Avropa Liqasında V turun oyunları keçiriləcək
Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək
Avropa Liqasında qrup mərhələsi start götürdü - Nəticələr
Avropa Liqasında qrup mərhələsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







_1694603125.png)







Misli Premyer Liqası