Maradona Messiyə geri qayıtmamağı məsləhət gördü
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona həmyerlisi Lionel Messiyə milli komandaya qayıtmamasını məsləhət görüb.
Sportfm.az xəbər verir ki, 58 yaşlı mütəxəsis Argentinada Messinin hər şeyə görə günahlandırıldığını və buna görə də milli komandanı birdəfəlik tərk etməsinin doğru qərar olacağını bildirib.
Maradona deyib: “Messiyə milli komandaya qayıtmamağı məsləhət görürəm. Çünki onun dəyərini anlamırlar və hər şeydə ilk növbədə, o günahlandırılır. Argentina U-15 millisi məğlub olanda belə Messini günahlandırırlar. Ona görə də milli komandanı birdəfəlik tərk etməsini məsləhət görürəm. Görəsən, o olmadan nə edə biləcəklər”.
Qeyd edək ki, İspaniyanın “Barselona” klubunun üzvü olan 31 yaşlı futbolçu Argentina millisi ilə son oyununu Rusiyadakı dünya çempionatının 1/8 final mərhələsində Fransaya qarşı keçirib. Həmin vaxtdan argentinalı forvard milli karyerasına fasilə verib. (report)
Oxşar xəbərlər
Dieqo Maradona millinin təklifini rədd etdi
MLS klubundan Messiyə təklif gəldi
Maradona istefa verdi
Maradona: "Milli komandanı havayı da çalışdıraram"
Argentina prezidenti və Maradonadan Messiyə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA








.png)






Misli Premyer Liqası