reklam
FK
Sportfm.az xəbər saytı

FK "Bakı"nın bazasında 8 əskiklə!


Topaz Premyer Liqasının 3-cü turundan sonra istirahətə buraxılan "Qəbələ" məşqləri bərpa edib. 

Sportfm.az xəbər verir ki, "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib. 

Hazırlığı paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun yetirmələri "Bakı" FK-nın bazasında məşq edib. Komanda avqustun 30-da keçirilən hazırlıq prosesində fiziki çalışmalar və toplu məşqlə kifayətlənib. Bugünkü məşq isə toplu hərəkətlərdən ibarət olub. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlığa klubun U-19 komandasının bir neçə üzvü də qatılıb. 

Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.

Oxşar xəbərlər

"Qəbələ" MTK-dan üstün oldu
“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
“Qəbələ” Bakıda hazırlığını davam etdirir
"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı
Filip Ozobiç "Qəbələ"dən ayrı düşdü!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər