"Neftçi" "buraxıldı" -Futbolçular 5 gün istirahət edəcək
"Neftçi" bu gün səhər növbəti məşqə çıxıb.
Sportfm.az xəbər verir ki, komanda "Türk Hava Yolları Futbol Mərkəzi"ndə hazırlıq keçib. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq prosesindən sonra komanda üzvləri istirahətə buraxılıblar. Məşqlər sentyabrın 5-də bərpa olunacaq.
Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi" növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komandamız həmin gün 4-cü tur çərçivəsində "Keşlə"ni qəbul edəcək.
Oxşar xəbərlər
"Neftçi" son məşqinə çıxdı - oyuna hazırdı
“Neftçi” bir itki ilə hazırlaşır - FOTO
“Neftçi”də məşqlər bərpa olundu - Hondasız
"Neftçi" hazırlığa başladı - "Sabah" üçün
"Türk Hava Yolları Futbol Mərkəzi"ndə səhər məşqi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası