"Türk Hava Yolları Futbol Mərkəzi"ndə səhər məşqi -FOTO
"Neftçi" Azərbaycan Premyer Liqasının III turunda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığına start verib.
Sportfm.az xəbər verir ki, ötən tur "Qəbələ" ilə matçdan (2:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşq edib.
Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyib. Müalicəsini başa vuran Rəşad Eyubov və "Qəbələ" ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov isə komandadan ayrı məşq ediblər. Hazırlıq prosesi sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, avqustun 26-da "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:30-da başlayacaq. "Ağ-qaralar" 2 turdan sonra 6 xalla vahid liderdir.
Oxşar xəbərlər
"Qarabağ"la oyunun hazırlığına start verildi - FOTO
"Neftçi" "Səbail"lə oyuna iki itki ilə çıxacaq - Premyer Liqa
"Neftçi" hazırlaşır - FOTO
“Neftçi” bir itki ilə hazırlaşır - FOTO
“Neftçi" Türkiyəyə yollanır - Toplanış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası