Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" klubu 2400 manat cərimə edildi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan çempionu "Qarabağ" azarkeşlərinə görə cəzalanıb. "Neftçi" ilə oyunun 66-cı dəqiqəsində İnnosent Emeqaranın vurduğu bərabərlik qolundan sonra klubun azarkeşləri meydançaya kənar əşyalar atıblar. Klub buna görə 1600 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Oxşar xəbərlər
AFFA klublarımızı cərimələdi
AFFA bu klublarımızı cərimələdi
AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
"Qarabağ" cərimə edildi - 2400 manat
AFFA "Neftçi" və "Qarabağ"ı cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası