"Rəqibin "Qarabağ" və ya BATE olması önəmli deyil" -PSV rəsmisi
"Bizim üçün rəqibin kimliyi önəmli deyil. İstənilən halda PSV-ni çətin oyunlar gözləyir".
Sportfm.az saytı qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSV-nin nümayəndəsi Yoost van Erp deyib. Püşkün nəticəsinə əsasən, Eyndhoven təmsilçisi pley-of mərhələsində "Qarabağ" - BATE cütünün qalibi ilə qarşılşacaq. Püşkü dəyərləndirən klub rəsmisi rahatlaşmaq üçün bir səbəb olmadığını bildirib:
"İndiki məqamda heç bir holland klubu Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı".
Qeyd edək ki, pley-of mərhələsinin ilk oyunları avqustun 21 və ya 22-də, cavab matçları isə 1 həftə sonra keçiriləcək.
Oxşar xəbərlər
“Klublarımız Avropa Liqasını bizim üçün doğmalaşdırıb" - Rövnəq Abdullayev
Aleksey Baqa:"Həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var"
"Qarabağ" - BATE cütünün Avropa Liqasında potensial rəqibləri bəlli oldu
"Qarabağ"ın BATE ilə keçirəcəyi hər iki oyun canlı yayımda!
"Qarabağ" BATE-ni keçsə rəqibi hansı komanda ola bilər? - Potensial rəqiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası