reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:"Bunları müqayisə etmək olmaz"


Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- BATE komandamıza nədə çətinlik yarada bilər?

- Hamısı meydanda öz yerini yaxşı bilir. Təcrübəli futbolçulardan qurulmuş bir komandadı.

- Belarus çempionatı davam edir. Bu amil oyuna təsir edə bilərmi?

- Daxili yarışla, belə turnirlər arasında çox fərq var. Bunları müqayisə etmək olmaz. 

- Rəqibin baş məşqçisi bildirib ki, "Qarabağ"a məğlubiyyət onlar üçün sürpriz olacaq. 

- Buna fikir bildirmək düzgün deyil. Başqa komandalar fərqli düşünür, belaruslar isə belə görünür ki, tamamilə ayrı fikirdədi. 

- BATE səfərdə daha yaxşı təsir bağışlayır.

- Bununla razıyam. Biz də səfərdə pis oyun nümayiş etdirmirik. Hər şey meydanda həll olunacaq. 

- Matçın baş hakimi vərəqəyə meylli hesab olunur. Buna qarşı hansısa tədbir görmüsünüzmü?

- Bizim oyunlarda hakim səhvləri çox olub. Ancaq onlarda insandı, səhv edə bilərlər. 

- Belarus mətbuatı öz komandasına inanmır. Siz isə deyirsiniz ki, rəqib çox güclüdür. 

- Onların Finlandiya komandası ilə qarşılamada çoxlu qol epizodları oldu. Təcrübələrini ortaya qoyaraq, mərhələni keçdilər. Belaruslar uzun illərdir avrokuboklarda çıxış edir. 

- Komandamız oyundan fərqlənməyə çətinlik çəkir. 

- Biz bunun üzərində çalışırıq. Amma nəzərə alın ki, qol epizodlarını yaratmaq da asan deyil. 

Oxşar xəbərlər

"Rəqibin orada necə oynayacağını bilmək olmaz" - Qurban Qurbanov
Qurban Qurbanov: "Məğlub olsaq, buna peşəkar biri kimi yanaşacağıq"
Qurban Qurbanov:"Oyundan sonra bu barədə düşündük"
Aleksey Baqa: ""Qarabağ"a məğlubiyyət bizim üçün sürpriz olacaq"
Qurban Qurbanov: "Avtobus qurma dəb halına düşüb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər