reklam
Azərbaycan çempionatının matçları BOK-da
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatının matçları BOK-da


Topaz Premyer Liqasının bir neçə komandasının ev stadionunda təmir işləri gedir.

Sportfm.az xəbər verir ki, bu səbəbdən Topaz Premyer Liqasının bəzi komandaları ev oyunlarını alternativ meydanda keçirəcəklər.

"Zirə" və "Neftçi" ev oyunlarını "Dalğa Arena"da keçirəcək.

Çempionatın başlanmasına azsaylı günlər qalsa da, "Sumqayıt"dan səs-soraq yoxdur. Sumqayıtdan didərgin düşən komandanın ev oyunlarını hansı stadionda keçirəcəyi bəlli deyil. Bizdə olan məlumata görə, "Sumqayıt"ın Bakı Olimpiya Stadionunda ev oyunlarını keçirmək varinatı da var. Bu məsələ ilə bağlı yekun qərar tezliklə veriləcək.

Qeyd edək ki, ötən mövsüm 12-ci turun  "Qarabağ" - "Sumqayıt" matçında Bakı Olimpiya Stadionu ilk dəfə çempionat oyununu qəbul etmişdi.

Oxşar xəbərlər

"Qarabağ"ın ev oyunlarını bu stadionda keçirəcək
"Qarabağ" oyunlarını Respublika Stadionunda keçirəcək
"Sumqayıt" "evinə yığışır" - VİDEO
"Qəbələ" matçlarını Qəbələdə oynamayacaq
"Qarabağ" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər