reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" matçlarını Qəbələdə oynamayacaq


Topaz Premyer Liqasının ikinci pilləsində qərarlaşan, ölkə kubokunda yarımfinala qədər irəliləyən "Qəbələ" klubu avrokubokların hazırlıqlarına başlayıb. 

Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar" bu yay avrokuboklarda ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. 

Son illər 8-ci km qəsəbə stadionuna üstünlük verən əyalət təmsilçisi rəqibləri ilə yenə paytaxtda qarşılaşacaq. Lakin bu dəfə seçim fərqlidir. 8-ci km qəsəbə stadionunda görüləcək təmir işləri "Qəbələ” rəhbərliyini "Dalğa Arena"nı seçməsinə vadar edib. Klub ev oyunlarını keçirəcəyi meydanın adını artıq UEFA-ya göndərib. 

Qeyd edək ki, "Sumqayıt" klubu Avropa Liqasına vəsiqə qazansa, "Dalğa Arena"dan istifadə etməyi planlaşdırır. (Futbol11.az)

Oxşar xəbərlər

"Qarabağ"ın ev oyunlarını bu stadionda keçirəcək
“Qəbələ”nin “Sumqayıt”la 26-cı qarşılaşması
Azərbaycan çempionatının matçları BOK-da
"Keşlə" avrokuboklarda harda oynayacaq?
“Qəbələ” PFL-ə müraciət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər