reklam
Sportfm.az xəbər saytı

"Qurban Qurbanovun işində nöqsan axtaranlara"...ÖZƏL


Sportfm.az saytının redaksiyasına Ağdamdan məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik.
 
AZARKEŞ MƏKTUBU  
 
Mən nə jurnalistəm nədə ki, yazar. Mən sadə və sadiq "Qarabağ" azarkeşiyəm.Yadımdadır mən 8-ci sinifdə oxuyanda "Qarabağ" səfərdə "Xəzər Lənkaran"la qarşılaşırdı. Evdə heç kimə heçnə demədən xəlvət Ağdamdan Lənkərana oyuna baxmağa getmişdim. Baxmayaraq ki,"Qarabağ" 3-0 hesabı ilə məğlub olmuşdu. Mən yenə də sevimli komandama azarkeşlik etdim. Çünki, əsl "Qarabağ" azarkeşi komanda məğlub olanda ona azarkeşlik etməlidi. Onsuzda qalib gələndə hamı deyir ki, biz hamımız "Qarabağ"lıyıq. Komanda Çempionlar liqasında mübarizəni dayandırıb. Sevimli komandamıza dəstək olmaq əvəzinə, futboldan başı çıxan, çıxmayan bəziləri sanki bu günü gözləyirmişlər kimi bundan istifadə etməyə çalışırlar. Gah deyirlər "Qarabağ" Çexiyada "qorxaq futbol"oynadı. Gah deyirlər klub daxilində nələrsə baş verir. Hətta Qurban Qurbanovun işində nöqsan axtaranda tapıldı. Başlayaq "ağıllı futbol"u "qorxaq futbol" kimi başa düşənlərdən. Əgər "Qarabağ" "qorxaq futbol" oynasaydı ardıcıl olaraq 3-cü dəfə Avroliqanın qrup mərhələsində oynamağa bu qədər yaxın olmazdı. Bunu yaddan çıxarmayın ki, Qurban Qurbanovun rəhbərliyi altında qazanılan bütün uğurların kökündə "ağıllı futbol" dayanır. Əfsuslar olsun ki, siz bunu"qorxaq futbol"kimi başa düşürsünüz. Bəlkə də, belə başa düşmürsünüz, bilərəkdən sevimli komandamızı bu cür qələmə verirsiniz. Bu kimə və nəyə lazımdı? Onu bilmirəm.. Keçək klub daxilində nələrinsə baş verməyinə. Buna inanmıram. Əgər bir klubda o cür rəhbərlik və baş məşqci varsa orda hec bir intizamsızlıqdan söhbət belə gedə bilməz. Mən inanıram ki, hal hazırda klub daxilində psixoloji vəziyyət tam qaydasındadır.Cünki indi bu amil bizim üçün çox vacibdir. Qaldı ki,Qurban Qurbanovun işində nöqsan axtaranlara. Bu gün Azərbaycanda Q.Qurbanova rəqib olacaq yerli məşqçi yoxdu. Çempionlar liqasında 3-cü mərhələni keçmədiyinə görə Qurban müəllimin bu qədər uğurlarını, bu uğurszuluqun fonunda gizlətməyə çalışmaq məncə savadsızlıqdı. Əgər yadınızdadırsa "Qarabağ" Avroliqanın qrupunda oynamaq üçün 3 dəfə pley-off mərhələsində mübarizəni dayandırmışdı. 4-cü dəfə isə qrup mərhələsində oynamaq bizə qismət oldu. Çempionlar liqasında da oxşar ssenari gedir. Bu il 3-cü dəfə 3-cü mərhələdə mübarizəni dayandırdıq. Gələn il istədiyimiz nəticəni qazanacağıq. Buna çox inanıram. Bilirsiniz məndə bu qədər inam hardandı? Çünki həmin o illərdə "Qarabağ" Avroliqanın qrup mərhələsinə düşə bilməyəndə rəhbərliklə baş məşqiçi əl-ələ verib seçdikləri yolun doğru olduğuna inanıb işlərinə davam etdilər.Səhvlərindən peşəkarcasına nəticə çıxarıb, sonunda məqsədlərinə nail oldular. İnanın mənə ki, bu dəfə də belə olacaq. Sonunda sizdən fərli olaraq biz məqsədimizə çatacağıq. Bax budur əsl "Qarabağ" ailəsi. Rəhbərlikdən tutmuş azarkeşlərə kimi. Sonda sözüm futbolçularadır. İnanın ki,siz meydanda nə qədər can qoyduqca bizdə ekran qarşısında bir o qədər psixoloji cəhətdən can qoyuruq.Düzdür oyununuzu stadiondan gəlib izləyə bilmirik.Çünki biz Ağdamda yaşayırıq. Amma hər oynunuzu həyəcanla bir yerdə yığışaraq izləyirik.Özünüzü psixoloji cəhətdən ələ alın.Çünki "Viktoriya" ilə oyundan sonra sizin əhvalınızı təsəvvür etmək elə də çətin deyildi.Yəhərləyin köhlən atlarınızı. Avropada çıxdığınız yola davam etmək üçün. Bu məktubu yazmaqda məqsədim azarkeşləri sevimli komandamıza dəstək olmağa davam etməyə çağırmaqdır.
 
Vüsal Bayramov, Ağdam,  "Qarabağ” klubunun  sadiq azarkeşi

Oxşar xəbərlər

“Qarabağ”ın prezidenti Qurban Qurbanovu təbrik etdi
Qurban Qurbanovun 12-ci ili
Qurban Qurbanova Moskva “Spartak”ından təklif
Niyə Qurban hoca, niyə? - YAZI
Qurban Qurbanovun "Qarabağ"da 10 ili

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər