Futbol teatrında aktyorluq edən albanlar -"Qarabağ"ı nə gözləyir?
Bu mövsüm avrokuboklarda ilk bukmeker skandalının əsasını Albaniya klubu qoyub.
Sportfm.az xəbər verir ki, Avroliqanın kvalifikasiya mərhələsində baş tutan "Ventspils" - "Lyuftetari" matçında qəribə olaylar olub. Evdə rəqibinə 5-0 hesabı ilə qalib gələn latviyalılar səfərə rahat yollanıb. Cavab matçında 2-1 hesabı ilə öndə olan qonaqlar 2-ci hissənin ortalarında 2 top buraxıb. Əsas hadisələr isə qarşılaşmanın sonuna 5 dəqiqə qalmış cərəyan edib. Hesabda öndə olan albanların "ayaqları tutulub". "Lyuftetari" klubunun futbolçuları meydanda gəzişməyə başlayıb. Bunun əvəzində isə meydana qalib gəlməzk üçün çıxan qonaqlar rəqibinin hədiyyələrini qəbul edərək, onları doğma azarkeşlərinin göz qarşısında biabır edib. Latviyalılar ümumi hesabda albanları 8-3 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunun sonundakı teatrla bağlı araşdırmalara başlayan UEFA-nın albanlara ciddi sanksiyalar tətbiq edəcəyi bildirilir. Ümumiyyətlə, heç nədən qorxmayan və Avropada oyun alqı-satqısı ilə ad çıxaran albanlar bir çox futbol tamaşalarını səhnələşdirib.
Oxşar xəbərlər
Messi het-trik etdi, "Barselona" qalib gəldi
Avroliqanın bombardiri oğurlandı
“Barselona” uddu, “Real” isə...
Ondan başqa hər kəs uşaqları düşündü! - FOTO
"Qarabağ"ı məğlub edən komanda avrokuboklardan qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası